ŞKTC parlamentinin komitə sədri Azərbaycanı nümunə göstərib
sizinxeber.az xəbər saytı

ŞKTC parlamentinin komitə sədri Azərbaycanı nümunə göstərib


Şimali Kipr Türk Cümhuriyyəti olaraq Türk dünyasının ayrılmaz parçası olduğumuzu hər dəfə vurğulayırıq.

Sizinxeber.az xəbər verir ki, bunu TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasında Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Hüquq, siyasi məsələlər, xarici işlər və müdafiə komitəsinin sədri Yasemin Öztürk deyib.

Yasemin Öztürk bildirib ki, TÜRKPA üzvü ölkələrinin parlamentləri arasında sağlam dialoqun qurulması əsas hədəflərdən biridir: “Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq çərçivədə layiq olduğu yerə sahib olması lazımdır. Şimali Kipr Türk Cümhuriyyəti ilə türk dünyası arasında əməkdaşlığı gücləndirmək üçün TÜRKPA-nın oynadığı rol danılmazdır. Bu baxımdan Azərbaycanla ölkələrimiz arasında yaradılmış parlamentlərarası dostluq qrupunun əhəmiyyətini vurğulamaq istəyirəm. İstəyimiz odur ki, bütün Türk dünyası ölkələriylə parlamentlərarası əlaqələr gücləndirilsin. Bu gün burada həyata keçirəcəyimiz müzakirələrin buna təkan verəcəyinə inanıram”.

Oxşar xəbərlər

Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyətini tanıdılması ilə bağlı tədbir keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan beynəlxalq ictimaiyyəti Şimali Kipr Türk Cümhuriyyətini tanımağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ersin Tatar Türk dövlətlərini ŞKTC-ni tanımağa, TDT-yə üzv qəbul etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə MN: Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyinə təhdid yarada biləcək hər hansı inkişafı yaxından izləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda Kiprin yaranmasının 41-ci ildönümünə həsr olunan tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər