Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşüb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov BMT Baş katibinin köməkçisi ilə görüşüb


14 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyev ilə görüşüb.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycan-BMT əməkdaşlığının müxtəlif aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Ölkəmizin BMT-yə üzv olmasından bəri Təşkilatla aparılan qarşılıqlı faydalı əməkdaşlıq, ölkəmizin BMT-nin fəaliyyətində aktiv iştirakı, Təşkilatın sülhməramlı əməliyyatlarına töhfələrinin təqdirəlayiq olduğu qeyd edilib, bu istiqamətdə perspektivlər nəzərdən keçirilib.

Azərbaycanın ev sahibliyi və sədrliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yüksək səviyyədə təşkilində Təşkilatla olduqca yaxşı qurulmuş əməkdaşlıq məmnunluqla qeyd edilib, sessiya zamanı əldə olunmuş əhəmiyyətli qərarların, o cümlədən Bakı Maliyyə Məqsədinin qəbul olunmasının vacibliyi diqqətə çatdırılıb.

Vətəndaşlarımızın həyat və sağlamlıqlarına, öz yurdlarına ləyaqətli qayıdış prosesinə, habelə ölkəmizin sülh və yenidənqurma səylərinə təhdid törədən mina təhlükəsi ilə mübarizə səylərində, humanitar minatəmizləmə fəaliyyətində əməkdaşlıq və dəstəyin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə Azərbaycanın COP29 sədrliyinin prioritetlərini müzakirə edib
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
Ceyhun Bayramov BMT Baş katibinin müavini və BMT-nin layihə xidmətləri ofisinin icraçı direktoru Jorge Moreira da Silva ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər