Najat Zarrouk: ASAN Xidmət insan hüquqları və rifaha əsaslanan unikal modeldir
ASAN Xidmət insan hüquqları və rifaha əsaslanan unikal modeldir.
Bunu Report”un ABŞ bürosuna açıqlamasında Afrika Yerli İdarəetmə Akademiyasının (ALGA) direktoru və Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) üzvü Najat Zarrouk deyib.
O, BMT-nin Nyu-Yorkdakı qərargahında ASAN Xidmətin ev sahibliyi ilə keçirilən tədbirdə qurumla bağlı fikirlərini bölüşüb: “2015-ci ildə ASAN Xidmətin BMT mükafatına namizəd olduğu zaman həmin prosesi nəzərdən keçirmək və qiymətləndirmək imkanı mənə nəsib olmuşdu. Həmçinin, mənim Azərbaycana bir neçə dəfə səfər etmək imkanım da olub. ASAN modeli ölkəniz üçün bir qürur mənbəyidir”.
N.Zarrouk əlavə edib ki, o, ASAN Xidmətin fəaliyyətini şəxsən təcrübədən keçirib:
“Bu təcrübə insan hüquqlarına, insan ləyaqətinə və rifahına əsaslanır. ASAN Xidmət vətəndaşlara müxtəlif yollar vasitəsilə, səmimi və şəffaf mühitdə xidmət göstərir. Mən bir neçə ASAN Xidmət mərkəzini şəxsən ziyarət etmişəm və texnologiyadan ağıllı şəkildə istifadə edildiyinin şahidi olmuşam”.
Beynəlxalq ekspert ASAN Xidmətin könüllülük sistemini xüsusilə təqdir etdiyini də vurğulayıb:
“ASAN Xidmət gənclərə dövlət xidmətləri sahəsində bilik əldə etmək, həmçinin məşğulluq imkanı verir. Digər mühüm aspekt isə inklüzivlik prinsipidir ki, bununla da xidmətlər əlilliyi olan şəxslər, yaşlılar və ölkənin ucqar bölgələrində yaşayan insanlar üçün də əlçatandır. Bu, həqiqətən də bütün dünyada tətbiq olunmağa layiq modeldir”.
Oxşar xəbərlər
Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
“ASAN xidmət” və “ASAN kommunal”ın bayram günlərində iş qrafiki açıqlanıb
Səyyar "ASAN xidmət" aprelin 28-dək bəzi rayonlarda xidmət göstərəcək
Seçki günü "ASAN xidmət" işləməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













