Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilib - FOTO - YENİLƏNİB
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilib.
Sizinxeber.az xəbər verir ki, konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelupa, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edib.
Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər geniş şəkildə müzakirə edilib.
Kolonial siyasətin nəticələri, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri, habelə Fransa və Niderland hökumətlərinin nyu kolonial siyasəti ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov bildirib ki, Bakını Parislə səhv salmaq lazım deyil, çünki Azərbaycan Fransadan fərqli olaraq, beynəlxalq hüquqa hörmətlə yanaşır: “Bizim hər addımımız beynəlxaql hüquq çərçivəsindədir”.
“Afroamerikalı Xalqların Beynəlxalq Komitəsi”nin nümayəndəsi Jaklin Desfontan bildirib ki, Fransa dövləti müstəmləkəçi dövlət olaraq öz müstəmləkə fəaliyyətini davam etdirir: ”Fransa öz dilimizi əlimizdən alıb, məktəblərdə bu dil istifadə edilmir. Bizi məcbur edirlər ki, fransız dilin istifadə edək, hətta bu dili istifadə etməyənləri cəzalandırırlar”.
Fransız Qvianası Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatının (MDES) üzvü Dominik Monte, Fransanın müstəmləkə siyasətinin, xalqın sərvətlərini talan etməklə yanaşı, onların azadlıqlarını və milli kimliklərini itirmələrinə səbəb olduğunu vurğulayıb.
Korsikanın “Nazione” partiyasının nümayəndəsi Fransua Benedetti qeyd edib ki, korsika xalqı, Fransanın uzun illər davam edən müstəmləkə siyasəti və assimilyasiya cəhdləri nəticəsində yox olma təhlükəsi ilə üzləşir. O, həmçinin milli-azadlıq hərəkatlarına dəstək verən Bakı Təşəbbüs Qrupuna təşəkkür edərək, ölkələrə həmrəylik çağırışı edib.
“Tavini Huiraatira” Partiyasının baş katibi Viktor Maamaatuaiahutapu, Fransanın onlara qarşı məcburi assimilyasiya tətbiq edərək dinamik mədəniyyətlərini itirmələrinə səbəb ola biləcəyin vurğulayıb. O, mübarizələrinin ədalət üçün olduğunu və legitim mövqelərinin beynəlxalq səviyyədə tanınmasını istədiklərini vurğulayıb.
NCMCP Assosiasiyasının katibi Eugene Tetuanui bildirib ki, söz azadlıqları əllərindən alınır: ”Makronun diktator hakimiyyəti ilə qarşı-qarşıyayıq, bizim söz azadlığımız əlimizdən alınır. Biz hər birimiz təhdidlə üzbəüz qalmışıq. Hər birimiz Fransa Prezidenti Emanuel Makronun hakimiyyətinə qarşı çıxmalıyıq”.
Konfrans çərçivəsində sərgi keçirilib, sərgidə kolonializm mövzusunda müxtəlif aspektləri əks etdirən fotolar nümayiş etdirilib.
Bundan əlavə, konfrans zamanı Bakı Təşəbbüs Qrupu ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi (UPLG) arasında anlaşma memorandumu imzalanıb.
Sonra Bakı Təşəbbüs Qrupunun Kanakidə (Yeni Kaledoniya) müstəmləkə rejimlərinə qarşı mübarizə aparanlara dəstək üçün fləşmob keçirilib.
İştirakçılar Yeni Kaledoniyanın müstəqillik hərəkatının həbsdə olan rəhbəri Kristian Teinin fotosu əks olunan köynəyi imzalayaraq ailə üzvləri vasitəsilə xatirə kimi ona göndəriblər.
Tədbir müzakirələr və sual-cavabla yekunlaşıb.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə son iki il ərzində 20-dən çox beynəlxalq konfrans keçirilib. Qrup XXI əsrdə dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
***
09.30
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir.
Sizinxeber.az xəbər verir ki, konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edir.
Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər müzakirə ediləcək.
Həmçinin “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans çərçivəsində sərgi də keçirilir. Sərgidə iştirakçılara kolonializm dövründəki dini və milli kimliklərə dair nəzəri və praktik baxışlar təqdim edilir.
Bundan əlavə, konfrans zamanı Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatlarından biri arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.
Oxşar xəbərlər
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir - FOTO
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda sərgi keçirilir - FOTO
Bakıda "Kolonializm: Milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransdan bir gün öncə mətbuat konfransı keçirilib - FOTO
Bakıda Yeni Kaledoniyada müstəmləkəçiliyə qarşı mübarizə ilə bağlı fləşmob keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
