Qvadelupalı nümayəndə: BTQ-nin keçirdiyi konfranslar müstəmləkəçiliyə dair məlumatlandırmanı genişləndirib
Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması və onun təşəbbüsü ilə keçirilən konfranslar müstəmləkəçilik haqqında məlumatlandırmanın genişləndirilməsinə şərait yaradıb.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Dekolonizasiya Cəbhəsinin (Qvadelupa) katibi Joze Marten Jan-Pyer Bakıda keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, beynəlxalq Dekolonizasiya Cəbhəsi də məhz Bakıda formalaşıb:
"Bizim əldə etdiyimiz alətlər müstəmləkəçiliklə mübarizə aparmağımıza imkan verir. Hesab edirik ki, bu məsələdə BMT də bizim tərəfdaşımız ola bilər. BMT-nin müvafiq qətnamələri müstəmləkəçiliyin aradan qaldırılması üçün səylərin artırılmasını tövsiyə edir. Buna dəstək olmalıyıq.
BTQ-nin gördüyü işlər bütün dünyanın qeyri-hökumət təşkilatlarına nümunə olmalıdır. Beynəlxalq səviyyəli mediasiyaya başlamalıyıq. BMT-nin Dekolonizasiya Komitəsinin müstəmləkəçiliklə mübarizə prosesinə dəstəyini tələb edirik. Daha ədalətli dünya üçün çalışmalıyıq".
Oxşar xəbərlər
Joze Marten Jan-Pyer: Fransa öz dənizaşırı ərazilərində təbii fəlakətlərə məhəl qoymur
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir
BMT eksperti müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib
Fransanın dənizaşırı əraziləri Parisin müstəmləkə siyasətinə qarşı mübarizə üçün FID-in yaradılmasını təsdiqləyib
BTQ-in icraçı direktoru: “Dekolonizasiya problemi kollektiv səylər tələb edir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











