Şimali Makedoniya Prezidenti: Azərbaycanla tərəfdaşıq və bunu inkişaf etdirmək niyyətindəyik
sizinxeber.az xəbər saytı

Şimali Makedoniya Prezidenti: Azərbaycanla tərəfdaşıq və bunu inkişaf etdirmək niyyətindəyik


Azərbaycan və Şimali Makedoniya tərəfdaşlıq qurublar və onu daha da inkişaf etdirməyi hədəfləyirlər.

“Report” xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkova XII Qlobal Bakı Forumunun açılışında bildirib.

Şimali Makedoniya Prezidenti qonaqpərvərliyə görə Azərbaycana, forumda iştirak etmək üçün dəvətə görə isə Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib.

"Azərbaycan odlar, Şimali Makedoniya isə günəşli ölkələrdir, bu, bizi yaxınlaşdırır. Bundan əlavə, hər iki ölkə 1991-ci ildə müstəqillik qazanıb", - o qeyd edib.

Siyasətçi, həmçinin vurğulayıb ki, Azərbaycana səfəri çərçivəsində ölkənin rəsmi şəxsləri ilə bir çox məhsuldar görüşlər keçirib: "Bu, əlaqələrimizi daha da möhkəmləndirməyə imkan verəcək. Həmçinin bugünkü konfrans haqqında bir neçə söz demək istərdim - o çox vacibdir, çünki dünya bir çox çağırışlarla üzləşir".

Xatırladaq ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert qatılıb. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.

Oxşar xəbərlər

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan lideri Şimali Makedoniya Prezidenti ilə görüşüb
Şimali Makedoniya Prezidentinin rəsmi qarşılanma mərasimi olub
İlham Əliyevin Şimali Makedoniya Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİB
Azərbaycan və Şimali Makedoniya prezidentləri bir-birilərini qarşılıqlı səfərə dəvət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər