Azərbaycan və Türkiyə arasında dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi müzakirə edilib
Martın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İğdır şəhərində Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş ilə görüşüb.
"Report" xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə prezidentlərinin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində iki qardaş ölkə arasında çoxşaxəli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etməsi məmnunluqla vurğulanıb. Dini sahədə əməkdaşlığın daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş dünyada sülhün, əmin-amanlığın bərpa olunmasında, bəşəriyyəti münaqişələrdən xilas etmək üçün müxtəlif dinlərin, mədəniyyətlərin, sivilizasiyaların harmoniyasına, birliyinə ciddi zərurət olduğunu bildirib. Bu baxımdan, bütün dinlərin mənsublarını birliyə, vəhdətə səsləyən, İslam həmrəyliyinə çağırış edən təşəbbüslərə ehtiyacın yarandığını vurğulayan A.Erbaş Azərbaycanın İslam həmrəyliyi ideyasını qlobal səviyyədə təşviq etməsini, dinlərarası dialoqa verdiyi töhfələri yüksək dəyərləndirib.
İki qardaş xalqın birliyinin İslam həmrəyliyinə böyük töhfə olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizin ümumbəşəri ideyaların xüsusi diqqət və qayğı sərgilədiyi nümunəvi məkan statusunu qorumağa davam etdiyini bildirib. İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, insanpərvərlik və sülh ideyalarının daim diqqət mərkəzində saxlanılmasının əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
Dini Komitənin sədri İğdır və Qarsa səfər edəcək
Dini Komitənin sədri Moskvada keçiriləcək qurultayda iştirak edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini kim icra edəcək?
Ağdam Cümə məscidində 31 ildən sonra camaat namazı qılınacaq
Dövlət Komitəsinin nümayəndə heyəti Rumıniyada kilsə və monastırları ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
