Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan-Türkiyə münasibətləri daha da dərinləşdirilməlidir - RƏY
sizinxeber.az xəbər saytı

Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan-Türkiyə münasibətləri daha da dərinləşdirilməlidir - RƏY


Mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan-Türkiyə münasibətləri daha da dərinləşdirilməlidir.

Bu barədə “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Mətin Məmmədli deyib.

O qeyd edib ki, martın 4-də açılışı olan İğdır-Naxçıvan təbii qaz xətti həm Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək, həm də Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da dərinləşməsinə töhfə verəcək. 

“Azərbaycan Türkiyə ilə bir çox sahələrdə yaxından əməkdaşlıq edir və onlardan biri də enerji sahəsidir. Azərbaycan Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında bu gün yaxından iştirak edir. Ötən il Azərbaycan təxminən 25 milyard kubmetr qaz ixrac edib və onun təxminən yarısını Türkiyə alıb”, - deyə müsahib əlavə edib.

Ekspert onu da vurğulayıb ki, Azərbaycan və Türkiyənin enerji sahəsində əməkdaşlığı yalnız iki ölkənin maraqlarını təmin etmir, bütövlükdə böyük bir coğrafiyada xeyli sayda ölkənin enerji maraqlarına xidmət edir:

Mətin Məmmədli
Mətin Məmmədli

“Azərbaycanın ötən il ixrac etdiyi qazın əhəmiyyətli bir hissəsini də 10 Avropa ölkəsi idxal edib. Yəni Azərbaycan-Türkiyə əməkdaşlığı həm də Avropanın enerji təhlükəsizliyini müəyyən səviyyədə təmin edir”.

M.Məmmədli söyləyib ki, yeni çağırışlar fonunda Azərbaycan və Türkiyənin bir çox istiqamətlərdə, xüsusilə də təhlükəsizlik sahəsində müttəfiqlik münasibətlərini dərinləşdirməsinə ehtiyac var:

“İki ölkə son on illiklərdə Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi- Ərzurum kimi bir çox mühüm geoiqqtisadi və geosiyasi əhəmiyyəti olan layihələri reallaşdırıb. Ancaq son zamanlar dünyada həm regional, həm də qlobal miqyasda olduqca mürəkkəb geosiyasi proseslər gedir və yeni çağırışlarla üzləşirik. Belə bir vəziyyətdə iki ölkə münasibətlərini daha da dərinləşdirməlidir”.

Oxşar xəbərlər

Şahmar Hacıyev: İğdır-Naxçıvan təbii qaz xəttinin açılışı regionun enerji təhlükəsizliyi istiqamətində mühüm hadisədir
İzmirdə Türkiyə -Azərbaycan IV Enerji Forumu keçiriləcək - EKSKLÜZİV
Ərdoğan: Naxçıvanla enerji sahəsində bağlarımızın güclənməsi ilə əlaqələrimiz daha da intensivləşəcək
Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılması istiqamətində işlər tamamlanır
Azərbaycan Türkiyə ilə enerji əməkdaşlığını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle