Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Regionumuzda sadəcə sülh istəyirik
sizinxeber.az xəbər saytı

Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Regionumuzda sadəcə sülh istəyirik


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə lideri sosial şəbəkədə paylaşım edib.

“Qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevi Türkiyədə qonaq etməkdən çox məmnun oldum. “Bir millət – iki dövlət” şüarı ilə təcəssüm olunan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik. Ölkələrimiz arasında əlaqələr müdafiədən tutmuş ticarətə qədər bir çox sahələrdə daim inkişaf edir”, – Türkiyənin ölkə başçısı qeyd edib. O, bu əməkdaşlıqlar arasında enerji sektorunun ön sırada olduğunu da vurğulayıb.

Ərdoğan Bakı və Ankaranın sadəcə sülh, əməkdaşlıq istədiyini vurğulayıb:

“Bunu ifadə etmək istərdim: Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir. Regionumuzda sadəcə sülh istəyirik, əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik. İnşallah, bundan sonra regional sülhə, rifaha və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik”.

Oxşar xəbərlər

Ərdoğan: Naxçıvanla enerji sahəsində bağlarımızın güclənməsi ilə əlaqələrimiz daha da intensivləşəcək
Ərdoğan İlham Əliyevə zəng etdi
Ərdoğan: Türkiyə hər zaman Azərbaycanın yanında olmağa davam edəcək
Türkiyə Prezidenti: Bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər