Fəxrəddin Altun: BMT-dəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir
“BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir”.
APA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Bakıda keçirilən "Stratcom Public Forum"una ünvanlandığı videomüraciətində deyib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da BMT daxilində islahatların aparılmasını dəstəklədiyini və bunu çıxışlarında dəfələrlə qeyd etdiyini xatırladıb:
"Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi olaraq biz 20 fərqli ölkədə "Stratcom Public Forum" çərçivəsində təşkil olunan tədbirləri dəstəkləyirik. BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü tədbirin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq".
Oxşar xəbərlər
Qlobal İqlim Böhranında Strateji Kommunikasiya üzrə Dəyirmi Masa - "Stratcom Public Forum" keçirilib
Fəxrəddin Altun: BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur
Zelenski sabah Türkiyəyə səfər edəcək
Hikmət Hacıyev Fəxrəddin Altunla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
