Netanyahu Hikmət Hacıyevi qəbul edib
sizinxeber.az xəbər saytı

Netanyahu Hikmət Hacıyevi qəbul edib


İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin salamlarını İsrail liderinə çatdırıb.

Netanyahu salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Eyni zamanda, tərəflər regional hadisələri müzakirə edib.

Oxşar xəbərlər

Hikmət Hacıyev İsrail Prezidenti ilə görüşüb
İran Prezidenti Azərbaycana səfərə dəvət olunub
Hikmət Hacıyev İrana səfər edib
Məsud Pezeşkian Tehranda Hikmət Hacıyevi qəbul edib - FOTO
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər