Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib - FOTO
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib - FOTO


Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində Serbiya Sarayında bu ölkənin Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib.

Xarici İşlər Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç tərəfindən təşkil edilmiş mərasimdə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Tədbirdə çıxış edən Ceyhun Bayramov Azərbaycan və Serbiya Prezidentlərinin rəhbərliyi ilə Azərbaycan-Serbiya strateji tərəfdaşlığının daha da genişlənəcəyinə əmin olduğunu bildirib.

Strateji tərəfdaşlığımızın inkişafında ali və yüksək səviyyəli təmasların, mövcud dostluq münasibətlərinin, habelə bütün platformalar çərçivəsində göstərilən qeyd-şərtsiz dəstəyin əhəmiyyəti qeyd olunub.

Oxşar xəbərlər

Ceyhun Bayramov: Azərbaycan-Serbiya strateji tərəfdaşlığı daha da genişlənəcək
Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfər edib
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Serbiyaya gedib
Nazir: Qarşılıqlı səfərlər Azərbaycan-Serbiya münasibətlərinin inkişafında mühüm rol oynayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər