Vali: “Azərbaycan” yaşayış massivinin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı gözlənilir
sizinxeber.az xəbər saytı

Vali: “Azərbaycan” yaşayış massivinin açılışında Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı gözlənilir


Türkiyənin Kahramanmaraş şəhərinin mərkəzində Azərbaycan hökumətinin dəstəyi ilə inşa edilən “Azərbaycan” yaşayış massivinin açılış mərasiminə hər iki ölkənin dövlət başçılarının qatılacağı gözlənilir.

Bu barədə "Sizinxeber.az"un yerli bürosuna Kahramanmaraş vilayətinin valisi Mükerrem Ünlüer Türkiyə Prezident Adminstrasiyası yanında Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, Kahramanmaraşda Azərbaycana çox böyük sevgi var:

"Azərbaycan" yaşayış massivinin şəhərin mərkəzində tikintisi də bunu sübut edir. Məhz qardaş Azərbaycanın göstərdiyi dəstək zəlzələ zamanı münasibətlərimizi daha da yaxınlaşdırdı".

Vali bildirib ki, “Azərbaycan” yaşayış massivində binaların bir hissəsinin tikintisinin əsas mərhələsi başa çatıb:

"Bir-üç ay içərisində işlər tamamlanacaq və sakinlər əraziyə köçürüləcək".

Oxşar xəbərlər

Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı olub - FOTO - YENİLƏNİB
Kahramanmaraşda yeni inşa edilən Heydər Əliyev adına məktəbin açılışı olub
Türkiyəli bələdiyyə sədri: Azərbaycan şəhərləri ilə qardaşlaşan 24-cü şəhər Qaziantep olacaq
AFAD rəsmisi: Dağıdıcı zəlzələdən sonra da Azərbaycanın Türkiyəyə dəstəyi davam edir
Adıyaman valisi: Zəlzələdən sonra ilk dəstək Azərbaycandan gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle