AFAD rəsmisi: Dağıdıcı zəlzələdən sonra da Azərbaycanın Türkiyəyə dəstəyi davam edir
sizinxeber.az xəbər saytı

AFAD rəsmisi: Dağıdıcı zəlzələdən sonra da Azərbaycanın Türkiyəyə dəstəyi davam edir


Türkiyədə əsrin fəlakəti adlandırılan dağıdıcı zəlzələdə 90-dan çox ölkə dəstək verib, ilk yardım Azərbaycandan gəlib və tikinti-bərpa, eləcə də digər məsələlərdə də Azərbaycanın dəstəyi davam edir.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Risk Azaltma şöbəsinin rəhbəri Orhan Tatar Kahramanmaraşdakı AFAD mərkəzində keçirilən mətbuat konfransında bildirib.

O, bu dəstəyə görə Azərbaycana təşəkkür edib.

AFAD rəsmisi vurğulayıb ki, bütövlükdə İngiltərənin ərazisi qədər sahə bu təbii fəlakətin zərərinə məruz qaldı.

"53 min 737 nəfər həyatını itirdi. 39 min tikili tamamilə məhv oldu. İndiyə qədər dünyada bu miqyasda tektonik qırılma olmayıb", - deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Administrasiyası yanında Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə 12 ölkədən 90-dan çox jurnalistin iştirakı ilə 6 fevral 2023-cü il zəlzələsindən ən çox zərər çəkən Adıyaman, Kahramanmaraş və Hatay vilayətlərində üçgünlük mediatur keçirilir.

Oxşar xəbərlər

Türkiyədə 2 dəfə zəlzələ olub
Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu
Antalyada zəlzələ olub
Malatyada zəlzələ olub
Türkiyədə 5.9 maqnitudalı zəlzələ olub, tədris dayandırılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle