Nazir: Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv səylərini davam etdirəcək
sizinxeber.az xəbər saytı

Nazir: Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün konstruktiv səylərini davam etdirəcək


Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa edilməsi daha geniş coğrafiyada iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında keçirilən II üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında çbildirib.

O qeyd edib ki, məhz bu bölgə vasitəsilə Şərq-Qərb Orta Dəhlizinin yeni arteriyasının salınması həyata keçirilir və bunun böyük perspektivi görünür.

Nazir həmçinin, Ermənistanla sülh sazişinin tamamlanmasının önəmini vurğulayıb. O əlavə edib ki, Ermənistan Konstitusiyası və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı qalan ərazi iddiaları və revanşizm meyilləri narahatlıq doğurur: “Bu istiqamətdə Azərbaycan Respublikası öz konstruktiv səylərini davam etdirəcək”.

Ceyhun Bayramov üç ölkə arasında nəqliyyat sahəsində qəbul edilən Yol Xəritəsi əsasında bir sıra layihələrin həyata keçiriləcəyini də qeyd edib.

Oxşar xəbərlər

TDT-nin növbəti Zirvə Görüşü Azərbaycanda keçiriləcək
Nazir: Sülh sazisinin başa çatdırılması üçün əsas əngəl Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır
XİN rəhbəri: Azərbaycan İsrail-Fələstin münaqişəsində iki dövlətli həll yolunun tərəfdarıdır
Azərbaycan, Türkiyə və Özbəkistan enerji sahəsində birgə layihələri müzakirə edib
Ankarada Türkiyə-Azərbaycan-Özbəkistan İnvestisiya Forumu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər