Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının növbəti iclası keçirilib


Yanvarın 24-də İslamabad şəhərində Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclası keçirilib.

Bu barədə Sizinxeber.az-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

İclasda Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar
Mustafayev və Pakistan İslam Respublikasının müdafiə, müdafiə istehsalı və aviasiya naziri, Komissiyanın
həmsədri Xavaca Məhəmməd Asif, hər iki tərəfin nümayəndə heyətlərinin üzvləri, həmçinin digər rəsmi
şəxslər iştirak ediblər.


Komissiyanın həmsədri Xavaca Məhəmməd Asif Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq,
iki qardaş ölkə arasında tarixi dostluq əlaqələri, uzunmüddətli uğurlu əməkdaşlıq münasibətləri
haqqında danışıb.


O, Pakistanın və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasında
dostluq bağlarının, müxtəlif sahələrdə yüksək səviyyəli tərəfdaşlıq münasibətlərinin inkişafına təkan
verdiyini qeyd edərək, bu əlaqələrin möhkəmləndirilməsində hər iki ölkənin aidiyyəti qurumlarının
göstərdiyi səyləri yüksək qiymətləndirib.
Komissiyanın həmsədri Vüqar Mustafayev Pakistan Hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə
görə Azərbaycan nümayəndə heyəti adından təşəkkürünü bildirib.
V.Mustafayev ölkələrimizi yüksək hörmətə və etimada, çoxillik dostluq və qardaşlıq münasibətlərinə
əsaslanan unikal əlaqələrin birləşdirdiyini qeyd edib. Komissiyanın həmsədri Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz
Şərifin 2024-cü ildə qarşılıqlı səfərlərinin ölkələrimiz və xalqlarımız arasındakı tərəfdaşlıq əlaqələrini daha
da möhkəmləndirdiyini, çoxşaxəli əməkdaşlığın dərinləşməsinə böyük töhfə verdiyini qeyd edib.
Nazir ötən il Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurla ev sahibliyi etdiyini xüsusi vurğulayaraq, bu
mötəbər və qlobal tədbirdə qardaş Pakistanın fəal iştirakına görə minnətdarlığını bildirib. V.Mustafayev
Birgə Komissiyanın VIII iclasında müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığı yeni mərhələyə daşıyan
mühüm məsələlərin səmərəli müzakirə edildiyini, qarşılıqlı mənfəət üçün əlverişli mühitin yaradıldığını
qeyd edib.


İclasda müdafiə sənayesi, informasiya və kommunikasiya texnologiyaları, rəqəmsal idarəetmə və
nəqliyyat, sosial innovasiyalar və dövlət xidmətlərinin göstərilməsi ilə yanaşı, təhsil, elm, səhiyyə, kənd
təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, idman, gənclər, mədəniyyət və digər sahələrində əməkdaşlığın
daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Tədbirdə Birgə Komissiyanın növbəti IX iclasının Bakıda keçirilməsi qərara alınıb.
Sonda Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair Protokol
imzalanıb.

Oxşar xəbərlər

Pakistan Prezidenti Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyası üç illik fasilədən sonra fəaliyyətini bərpa edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Serbiya arasında Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kərim Vəliyev Pakistan Aviasiya Kompleksinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər