Azərbaycan bu il də BMT-yə üzvlük haqqını tam ödəyən ilk ölkələr sırasında yer alıb
Azərbaycan BMT-nin 2025-ci ilin büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq deyib.
F.Haq bildirib ki, son bir həftədə Azərbaycanla yanaşı, Avstraliya, Finlandiya, İrlandiya, Niderland, İsveç və Ukrayna BMT-nin bu ilin büdcəsi üçün nəzərdə tutulmuş üzvlük haqqını tam ödəyib.
Azərbaycan ötən illərdə olduğu kimi bu il də BMT-nin büdcəsi üçün üzvlük haqqını ödəyən ilk ölkələr sırasında yer alıb. Bu günə qədər ölkəmizlə yanaşı, BMT-yə üzv olan daha 24 dövlət ödənişi həyata keçirib.
Qeyd edək ki, BMT-nin büdcəsi 193 dövlətin ödədiyi üzvlük haqqı hesabına formalaşır. Üzvlük haqqının məbləği bir neçə meyar əsasında müəyyən edilir ki, bunlardan da başlıcası ölkənin ödəmə qabiliyyətidir. Yığılan vəsait ilk növbədə BMT-nin mərkəzi orqanlarının - Baş Assambleyanın, xüsusi komitələrin və katibliyin inzibati xərclərinin ödənilməsinə yönəldilir. BMT-nin xərclərinin əhəmiyyətli hissəsi sülhməramlı missiyalara sərf olunur.
Xatırladaq ki, Azərbaycan 1992-ci ilin martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında qəbul edilən qətnamə ilə təşkilata daxil olub. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın Dövlət bayrağı qaldırılıb, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başlayıb.
Oxşar xəbərlər
Finlandiya ilk dəfə NATO-ya üzvlük üçün vəsait ayıracaq
Şolts: Bəzi ölkələr üçün Aİ-yə üzvlük proseslərini başa çatdırmaq lazımdır
Kobaxidze: 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük məsələsini gündəmə gətirməməyə qərar verdik
Aİ-nin Gürcüstandakı səfiri hökumətin ittifaqa üzvlük prosesini dayandırmaq qərarını kədərli adlandırıb
Aİ Ukrayna ilə üzvlük danışıqlarının birinci mərhələsinə 2025-ci ildə başlamaq niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
-
Dünyanın 103 ölkəsindən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur

