Nazir: Azərbaycanla Türkiyənin birgə layihələri nəqliyyat-logistika xəritələrini dəyişdirib
sizinxeber.az xəbər saytı

Nazir: Azərbaycanla Türkiyənin birgə layihələri nəqliyyat-logistika xəritələrini dəyişdirib


“İkitərəfli və geniş tərkibli görüşlərimizdə bir daha iqtisadi sahədə əldə olunmuş uğurlar qeyd edildi”.

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib ki, bir sıra birgə layihələr həyata keçirilir: “Türkiyə şirkətləri tərəfindən indiyədək Azərbaycana 16 milyard dollardan çox investisiya qoyulub.

Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır, artıq 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Bunların sırasında azad edilmiş ərazilərdə çox fəal fəaliyyət göstərən Türkiyə şirkətləri var. Mən bu Türkiyə şirkətlərinin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm”.

Nazir Azərbaycanla Türkiyənin birgə iştirakı ilə həyata keçirilən qlobal layihələrin nəqliyyat-logistika xəritələrini dəyişdirdiyini söyləyib.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə XİN başçıları Azərbaycan qazının ixracının artırılmasını müzakirə edib
Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib
Türkiyə, Azərbaycan və Özbəkistan XİN başçılarının yanvarın 29-da Ankarada görüşü olacaq - YENİLƏNİB
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycana dəvət edib
Nazir Türkiyənin Aİ-yə üzvlük perspektivindən danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər