Azərbaycan və Türkiyə XİN başçıları Azərbaycan qazının ixracının artırılmasını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkiyə XİN başçıları Azərbaycan qazının ixracının artırılmasını müzakirə edib


Azərbaycan qazının Türkiyə və Avropa bazarına ixracının artırılması və bu istiqamətdə iş birliyinin həyata keçirilməsi müzakirə olunub.


APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov deyib ki, hazırda Azərbaycan qazının coğrafiyası 12 ölkədən ibarətdir: “Ümid edirik ki, növbəti illərdə ixrac olunan Azərbaycan qazının həmi və ixrac edilən ölkələrin sayı genişlənəcək”.

Nazirlər yaşıl enerjinin Avropaya çatdırılmasına dair də müzakirə aparıb.

"Xəzər bölgəsi və Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropa bazarına çatdırılması istiqamətində də Azərbaycanla Türkiyə arasında çox yaxşı iş birliyi potensialı mövcuddur", - Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, bu mövzuda da türkiyəli həmkarı ilə müzakirə aparıb.

Oxşar xəbərlər

Azərbaycan və Türkiyə XİN başçıları Orta Dəhlizə dair müzakirə aparıb
Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycana dəvət edib
Azərbaycan və Türkiyə XİN başçıları Ermənistanla normallaşma, Suriya və Qəzzaya dair müzakirə aparıb
Ceyhun Bayramov Hakan Fidanla Ermənistanla sülh prosesində mövcud problemləri müzakirə edib- YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər