İcma sözçüsü: Ermənistanla dialoqa Qayıdış Konsepsiyasında nəzərdə tutulan müddəaları əsas götürərək gedə bilərik
Ermənistan tərəfdən əgər Qərbi Azərbaycan İcmasının dialoq çağırışına cavab gələrsə və görüş baş tutarsa, əlbəttə bu görüşə ilkin olaraq Qayıdış Konsepsiyasında nəzərdə tutulan bəndlərdəki təkliflərlə gediləcək.
Bunu “Sizinxeber.az”un sorğusuna cavab olaraq Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.
O xatırladıb ki, 26 yanvar 2023-cü ildə qəbul edilən Qayıdış Konsepsiyası İcmanın əsas sənədidir və icmanın fəaliyyəti ilə bağlı bütün məqamlar orda yer alıb:
“Konsepsiyada da bildirildiyi kimi, müzakirənin ana mövzusu Qərbi Azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış olmalıdır. Soydaşlarımız ötən əsr ərzində mərhələlərlə ata-baba yurdlarından deportasiya olunublar, bu proses 1987-1991-ci illərin deportasiyası ilə yekunlaşıb. Qərbi Azərbaycanlıların Ümumdünya İnsan haqları bəyannaməsinin 13-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan qayıdış hüququ təmin olunmalıdır”.
U.Zülfiqar vurğulayıb ki, daha sonra qayıdış prosesindən irəli gələn digər məsələlər həll edilməlidir.
Onun sözlərinə görə, konsepsiyada da qeyd olunduğu kimi, əvvəlcə sülh yolu ilə qayıdışın müddəalarından biri olaraq beynəlxalq razılaşmanın əldə olunması, ardınca Azərbaycanlıların qayıdacaqları ərazilərə əvvəlcə beynəlxalq təhlükəsizlik missiyasının göndərilməsi və yerləşdirilməsi lazımdır:
“Təhlükəsiz şəkildə qayıdış deyəndə də məhz bu nəzərdə tutulur. Onların qayıdacaqları məntəqələrdə dağıdılmış mülkiyyətlərinin bərpası isə ləyaqətli şəkildə qayıdış deməkdir. Onu da qeyd edim ki, Qərbi Azərbaycanlılar məhz deportasiya olunduqları ərazinin konfiquryasiyası üzrə geri qayıtmalıdırlar. Qarşı tərəfdən yerləşdirilmə üçün hər hansı bir bufer və ya alternativ ərazi ilə bağlı təklif qəbul edilməyəcək. Yəni hər kəs məhz zorla çıxarıldığı evinə qayıdacaq”.
Oxşar xəbərlər
ABŞ-nin Qlobal Siyasət İnstitutunun professoru ilə onlayn vebinar keçirilib
İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib
Polşa Seyminin rəsmisi qərbi azərbaycanlıların deportasiyaları barədə məlumatlandırılıb
İcma rəsmisi: Qərbi azərbaycanlılar qayıdış hüququndan istifadə etmək üçün bütün postulatlara cavab verirlər
Qərbi Azərbaycan İcması Ermənistan prezidentinə cavab verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












