Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı yeni qaydalar qüvvəyə minib
Bu gündən Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı yeni qaydalar qüvvəyə minib.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiqlədiyi "Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün müəyyən edilmiş müvəqqəti olma müddətləri ilə bağlı qarşılıqlı olaraq fərqli qaydaların müəyyən edilməsi haqqında" qərarda əksini tapıb.
Qərara əsasən, Azərbaycana viza tələb olunmayan qaydada gələn Rusiya vətəndaşları və Rusiyada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti bir təqvim ili ərzində 90 gündən artıq ola bilməz. Bundan əvvəl bu müddət bir təqvim ili ərzində 180 gün idi.
Xatırladaq ki, bundan öncə Rusiya da analoji qərar qəbul edib. Belə ki, bu gündən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.
Oxşar xəbərlər
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda Rusiya vətəndaşlarının müvəqqəti qalma müddəti ilə bağlı qaydalar dəyişəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti 180 gündən 90 günə endirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN: Rusiya vətəndaşlarının Azərbaycanda müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar dəyişir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












