Nursultan Nazarbayev Azərbaycana başsağlığı verib
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
"Sizinxeber.az" xəbər verir ki, başsağlığında deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin sərnişinlərinin və heyət üzvlərinin həlak olması ilə nəticələnən faciə barədə kədərli xəbəri dərin təəssüf hissi ilə qarşıladım.
Kədərinizi bölüşərək həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu ağır itki bizim hamımızın ortaq kədəridir. Yaralananların tezliklə sağalmalarını diləyirəm.
Əminəm ki, qardaş Azərbaycan xalqı özünəməxsus mətanəti və cəsarəti ilə bu çətin sınaqdan çıxacaqdır".
Oxşar xəbərlər
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı verib
Tacikistan Prezidenti Emoməli Rəhmondan Prezident İlham Əliyevə başsağlığı verib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verib
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verib
Əlcəzair Prezidenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













