Azərbaycan və Andorra XİN başçıları ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Andorra XİN başçıları ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə ediblər


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov andorralı həmkarı İmma Tor Fausla görüşüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilir.

Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.

Onlar ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi dialoqun və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə ediblər
Azərbaycan və Finlandiya XİN rəhbərləri Maltada görüşüb
Ceyhun Bayramov Somalidən olan həmkarı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər