İraq nümayəndəsi: Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qətliamları dilə gətirmək üçün birləşməliyik
sizinxeber.az xəbər saytı

İraq nümayəndəsi: Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qətliamları dilə gətirmək üçün birləşməliyik


Ermənilərin Qərbi Azərbaycanda etdikləri qətliamları dilə gətirmək üçün hamımız birləşməliyik.

"Report" xəbər verir ki, bunu İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri Ərşad Əl-Salihi Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən “Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın "Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması" adlı panel sessiyada deyib.

Onun sözlərinə görə, bugünkü toplantı sadəcə Türk dünyası yox, bütün dünya üçün önəmlidir: "Hamımız bir torpağın övladlarıyıq. İnsanlarımız, torpağımız hədəfdir. Bu insanlar niyə hədəf olub? Hədəf Türk dünyası, türk torpağıdır".

İraq nümayəndəsi qeyd edib ki, bütün bunlar böyük qüvvələrin planlarıdır.

"Beynəlxalq hüquq var?! Özüm hüquq komitəsinin sədriyəm. Hələ hüquqların müdafiə edilməsini görməmişəm. Bu gün Qərbi azərbaycanlıların deportasiyasına niyə hamı susur? Beynəlxalq hüquqda ədalət yoxdur.

Ermənilərin xüsusilə Qərbi Azərbaycanda törətdikləri qətliamları dilə gətirmək üçün bir yerdə olmalıyıq. Səsimiz zəif olsa, nəticə olmayacaq. Türk dövlətləri bir əl, bir hədəf olmasa, bizə hörmət edilməz. Qətliamları, soyqırımıları daha aktiv dilə gətirmək üçün hamımız birləşməliyik".

Oxşar xəbərlər

Şamil Ayrım: Beynəlxalq təsisatlar Qərbi azərbaycanlıların səsini dünyaya eşitdirməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır - RƏY [xfgiven_updateblue][/xfgiven_updateblue]
QAİ ABŞ-dən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Ələkbərli: Prezident İlham Əliyevin haqq işimizə verdiyi yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əziz Ələkbərli: İcma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının hüququ uğrunda mübarizə aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər