Azərbaycan və İran XİN başçılarının Məşhəddə görüşü olub
sizinxeber.az xəbər saytı

Azərbaycan və İran XİN başçılarının Məşhəddə görüşü olub


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Məlumata görə, görüş İranın Məşhəd şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 28-ci iclası çərçivəsində baş tutub.

Bildirilib ki, xarici işlər nazirləri iqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat və kommunikasiyalar, enerji təhlükəsizliyi sahələrində Azərbaycan-İran əməkdaşlığından irəli gələn geniş spektrli məsələləri, həmçinin birgə təşəbbüs və layihələri müzakirə ediblər.

"Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasiya xətlərinin tezliklə başa çatdırılmasının, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi bir daha vurğulanıb", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Ceyhun Bayramov yeni iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə ediblər
Ceyhun Bayramov Antiqua və Barbudanın xarici işlər naziri ilə COP29 məsələlərini müzakirə edib
Ceyhun Bayramov İran İslam Respublikasına işgüzar səfərə yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər