Paşinyan Azərbaycan Prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb
sizinxeber.az xəbər saytı

Paşinyan Azərbaycan Prezidenti ilə BRICS çərçivəsində söhbəti çox vacib adlandırıb


Ermənistan Baş naziri Nikol Paşinyan Kazanda BRICS sammitində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü çox əhəmiyyətli adlandırıb.

"Sizinxeber.az"un Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, Paşinyan bunu "hökumət saatı" çərçivəsində danışarkən deyib.

“BRICS sammitində iştirakı çox vacib və səmərəli hesab edirəm. Azərbaycan Prezidenti ilə əvvəlcə şəxsən, sonra isə geniş tərkibdə görüşdən məmnunluğumu ifadə etmək istəyirəm. Qeyd etməliyəm ki, aramızda belə uzun söhbət çoxdan və ya heç vaxt olmayıb. Çox vacib söhbət baş tutdu", - deyə baş nazir bildirib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycanın sülh şəraitində yaşaması üçün təkcə sülh sazişinə və ya digər sazişlərə deyil, qarşıdakı əsrlərdə hansı modellər çərçivəsində müstəqil ölkələr kimi yanaşı yaşamağa hazırlıq barədə strateji sövdələşməyə ehtiyac var.

Oxşar xəbərlər

Paşinyan: BRICS sammitində iştirak Ermənistan üçün vacibdir
Paşinyan BRICS sammitində iştirak edəcək
BRİCS sammitində Ermənistanı Paşinyan təmsil edəcək
Baş nazirin müavini: Ermənistanda BRICS-ə üzvlük müzakirə olunmur
Paşinyan: Tehranla münasibətlərin inkişafı prioritetimizdir - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər