Ərdoğan: COP29-da Liderlər Zirvəsində daha çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi müzakirə olunub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda COP29 çərçivəsində Liderlər Zirvəsi zamanı danışıqlar mövzusunun ən çox iqlim dəyişikliyinin maliyyələşdirilməsi olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə o Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsində deyib.
“Xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu maliyyə resurslarının necə yaradılacağı da müzakirə olunub. 2009-cu ildə Danimarka İqlim Sammitində elan edilmiş illik 100 milyard dollarlıq iqlim maliyyəsi hədəfinin 2025-ci ildən sonra üçün də təsdiqini və əlavə mexanizmlərlə dəstəyini müzakirə etdik", - Prezident vurğulayıb.
Türkiyə lideri COP29-a ev sahibliyinə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkür də edib. O, Bakıda bir sıra ikitərəfli görüşlər keçirdiyini diqqətə çatdırıb: “Bu çərçivədə Azərbaycan Prezidenti İlham Əliyev, Böyük Britaniya Baş naziri Keir Starmer, Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayev, Moldova Prezidenti Maya Sandu ilə bir araya gəldik. Bu görüşlərdə ikitərəfli və regional məsələlər barədə danışdıq”, - o bildirib.
"Mən sammitdəki çıxışımda ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərini izah etdim. Vurğuladım ki, biz qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik. Həyat yoldaşım Əminə Ərdoğanın təşəbbüsü ilə başlayan və qısa zamanda qlobal miqyasda bir layihəyə çevrilən “Sıfır Tullantı” Hərəkatının əhəmiyyətini ifadə etdim”, - dövlət başçısı bəyan edib.
Oxşar xəbərlər
Türkiyə Prezidenti: Qlobal iqlim tendensiyasına töhfə verməyə davam edəcəyik
Baş nazir COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib
Ərdoğan Bakıda Britaniya Baş naziri ilə görüşüb
Ərdoğan İlham Əliyevlə danışdı
Prezident İlham Əliyev Türkiyə Prezidenti ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












