Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, BMT Baş katibi Azərbaycanın COP29-a sədrliyinə görə təbriklərini çatdırdı və bununla bağlı uğurlar arzuladı.
Antonio Quterreş BMT Katibliyi ilə Azərbaycan nümayəndə heyətinin yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, ölkəmizin sədrliyinin uğurla aparılması üçün BMT-nin hər cür dəstək göstərməyə hazır olduğunu dedi.
Baş katib COP çərçivəsində G20-nin tədbirində və COP-un bağlanış mərasimində də iştirak edəcəyini bildirdi.
Söhbət zamanı builki COP-un gündəliyində maliyyə hədəfləri mövzusunun olduğu qeyd edildi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Görüşdə qlobal iqlim dəyişmələri mövzusunun əhəmiyyəti vurğulandı, “Gələcəyin Sammiti”nin və BMT-nin digər sənədlərində də iqlim dəyişmələri mövzusunun xüsusi prioritet məsələlərdən olduğu bildirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş ilə görüşüb.
Bu barədə "Sizinxeber.az" Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev BMT-nin Baş katibi ilə görüşüb
Antonio Quterreş İlham Əliyevi təbrik etdi
Prezident İlham Əliyev BMT Baş katibinin birinci müavinini qəbul edib - YENİLƏNİB
Azərbaycan lideri İraq Prezidenti ilə görüşüb - YENİLƏNİB
BMT-nin Baş katibi Azərbaycanda səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
Parlament gender bərabərliyinə nəzarət edən orqanının 2025-ci il üzrə hesabatını qəbul edib
