Ərdoğan: Regionumuzda davamlı sülhün təmin edilməsi üçün Azərbaycanla koordinasiyamızı davam etdirəcəyik
Şuşa Bəyannaməsi ilə taclanan, "Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərinə hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm.
Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda deyilir.
"Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram", - Ərdoğan qeyd edib.
Oxşar xəbərlər
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti: Bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyidir
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Prezidenti: Bu Zəfər Azərbaycanla birlikdə bütün Türk Dünyası üçün qürur və ilham mənbəyi olub
Ərdoğan Prezident İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













