Səfir Kərkükün İraq Türkman Cəbhəsindən olan deputatı ilə görüşüb, məktəbin açılışında iştirak edib - VİDEO
Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov İraqın Kərkük mühafəzəsindən olan deputat Ərşad Salehi ilə regionda ortaq fəaliyyəti müzakirə edib, daha sonra sözügedən bölgədə Məhəmməd Füzuli adına məktəbin açılışında iştirak edib.
“Sizinxeber.az” xəbər verir ki, İraq Türkman Cəbhəsi Partiyasından olan , eyni zamanda sosial şəbəkədə yazıb.
“Azərbaycanın Bağdaddakı səfiri dəyərli Nəsir bəyi Kərkükdə qəbul etdik. Can Azərbaycanımızla Türkmaneli bölgəmiz arasında edə biləcəyimiz ortaq fəaliyyətlərimizdən danışdıq”, – iraqlı siyasətçi qeyd edib.
Eyni zamanda, azərbaycanlı səfir sosial şəbəkədə Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasiminda iştirak etdiyini bildirib.
“M.Füzuli adına ibtidai məktəbdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri görülmüşdür”, – o xatırladıb.
Bu gün Kərkük şəhərində yerləşən dahi Azərbaycan şairi Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimində iştirak etdik.
— Nasir Mammadov (@nasir_mammadov)
Qeyd edək ki, M.Füzuli adına ibtidai məktəbdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri görülmüşdür.
Oxşar xəbərlər
İraqda Məhəmməd Füzulinin adını daşıyan məktəbin açılışı olub
Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
Prezident: “Növbəti həftələrdə Kərkük, Ərbil və Bəsrə şəhərlərinə də birbaşa reyslərimiz olacaq”
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Azərbaycan səfiri İraq Prezidenti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












