MM sədri Qırğızıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sizinxeber.az-ya verilən xəbərə görə, görüşdə xalqlarımızın ortaq tarixinin, mədəniyyətinin, dil və dininin ölkələrimiz arasında əlaqələrin inkişafında möhkəm əsas rolunu oynadığı bildirilib. Qeyd olunub ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasındakı əlaqələr dostluq və qarşılıqlı anlaşma prinsipləri əsasında davamlı inkişaf edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolu qeyd edilərək vurğulanıb ki, prezidentlərimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər, fəal siyasi dialoq iki ölkə arasında əlaqələrin dinamikasına çox mühüm təsir edir.
Görüşdə qeyd olunub ki, bu gün qanunvericilik orqanlarımız arasında səmərəli əməkdaşlıq qurulub. Parlament sədrlərinin və üzvlərinin qarşılıqlı səfərləri, deputatlarımızın müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində daimi təmasları bu əməkdaşlığın inkişafına töhfə verir.
COP29-a hazırlığın yüksək sürətlə davam etdiyinin qeyd olunduğu görüşdə səfir Maksat Mamıtkanov qardaş ölkə kimi, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərə sevindiklərini bildirib.
Diplomat, Milli Məclisə seçkilərin uğurla keçirilməsi və Sahibə Qafarovanın yenidən parlamentin sədri seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
MM sədri Rusiyanın ölkəmizdəki səfiri ilə görüşüb
TBMM sədri Zəngəzur dəhlizinin açılmasının Türk dünyasına faydasından danışıb
Milli Məclis və Özbəkistan Ali Məclisi Senatının sədrlərinin görüşü olub
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
