Rəcəp Öztop: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Rəcəp Öztop: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq - YENİLƏNİB


Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Baş Konsulluğun təşkilatçılığı ilə tədbir keçirilib.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, tədbirdə Baş konsul, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, müxtəlif idarə və təşkilatların rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün, Cümhuriyyətin yaradılması naminə aparılan mübarizədə canlarını fəda edən şəhidlərin xatirəsi yad edilib.

Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop tədbirdən sonra jurnalistlərə açıqlamasında ölkəsinin bundan sonra da inkişaf edəcəyinə, Azərbaycan-Türkiyə qardaşlığının əbədi olaraq yaşayacağına əminliyini ifadə edib.

"Həmişə olduğu kimi, indi də Azərbaycan xalqı bizim yanımızdadır. Azərbaycan xalqına sonsuz təşəkkürümü bildirirəm. Arzu edirəm ki, hər iki ölkə arasında bu dostluq, qardaşlıq münasibətləri davamlı olsun", - Baş Konsul deyib.

19:15

Gəncə şəhərində Türkiyə Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Baş Konsulluğun təşkilatçılığı ilə rəsmi tədbir keçirilir.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, tədbirdə Baş konsul, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, müxtəlif idarə və təşkilatların rəhbərləri, digər ictimaiyyət nümayəndələri iştirak edirlər.

Çıxışlar zamanı Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilib.

Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul olunub.

Oxşar xəbərlər

XİN: Azərbaycan-Türkiyə qardaşlığı əbədi olaraq yaşayacaq
Türkiyənin Zəfər bayramı münasibətilə Bakıda "Türk şəhidliyi" abidəsi ziyarət olunub
Gəncədə Anım Günü ilə əlaqədar olaraq ümumşəhər tədbiri keçirilib - FOTO
Baş konsul: Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu hər gün daha da quvvətlənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər