COP29 çərçivəsində Parlament Konfransının təşkili müzakirə olunub
İsveçrənin Cenevrə şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.
Bu barədə Sizinxeber.az-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Martin Çunqonq Azərbaycanın təşkilatda yüksək səviyyədə və fəal şəkildə təmsil olunmasını təqdir edib.
Görüşdə cari ilin noyabrında Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar hazırlıq işləri ilə bağlı da müzakirələr aparılıb. Parlament konfransının COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında mühüm dəstək verəcəyinə əminlik ifadə olunub. Vurğulanıb ki, konfrans parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni ideyalarla çıxış etməyə imkan verəcək.
Oxşar xəbərlər
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Assambleyasında COP29 barədə geniş məlumat verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sahibə Qafarova: Milli Məclis Parlamentlərarası İttifaqla əlaqələrin genişləndirilməsinə mühüm əhəmiyyət verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin sədri: Azərbaycan və Tacikistan parlamentləri arasında çox səmərəli əməkdaşlıq qurulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












