İqor Korotçenko: Kontrafakt erməni konyakının Rusiyaya ixracının qarşısı alınmalıdır
sizinxeber.az xəbər saytı

İqor Korotçenko: Kontrafakt erməni konyakının Rusiyaya ixracının qarşısı alınmalıdır


Siyasət və iqtisadiyyat qarşılıqlı asılıdır. Əgər Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin fəaliyyətini dayandırırsa, rəsmi İrəvan Rusiya ilə təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyəti dayandıracaqlarını bəyan edirsə, kontrafakt erməni konyakının Rusiyaya ixracının qarşısı alınmalıdır.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Ararat brendi adı altında əslində Fransanın saxta konyaklarının Rusiyaya ixracına münasibət bildirən Rusiyanın Xəzər Strateji Tədqiqatlar İnstitutunun Baş direktoru İqor Korotçenko bildirib.

İqor Korotçenko deyib ki, Rusiyanın aidiyyəti qurumları bu məsələ ilə bağlı müvafiq addım atmalıdır: “Ola bilməz ki, siyasi münasibətlər pis olsun, ancaq iqtisadi əlaqələr inkişaf etsin”.

Oxşar xəbərlər

İqor Korotçenko: Azərbaycanda parlament seşkiləri bütün normativlərə uyğun keçirilib
Zaxarova: Rusiya ümid edir ki, Ermənistanla KTMT çərçivəsində tərəfdaşlıq tam bərpa olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər