Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycanla Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovla Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşdə məlumat verilib.
Bildirilib ki, tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluğu ifadə edib. Təhsil sahəsində əlaqələrin dinamikası xüsusi vurğulanaraq, iki ölkənin ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında uzunmüddətli səmərəli əməkdaşlığın nəticələri təqdir edilib.
Türkiyə-Azərbaycan Universitetinin yaradılmasının əhəmiyyəti qeyd edilib, layihədə iştirak edən universitetlərin iki ölkənin aparıcı ali təhsil müəssisələri olduğu xüsusi vurğulanıb.
Qeyd edilib ki, görüşdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı cari məsələlər, həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, həmçinin Türkiyənin aparıcı ali təhsil müəssisələrinin rektorları və Azərbaycan Texniki Universitetinin rektoru görüşdə iştirak ediblər.
Oxşar xəbərlər
Azərbaycanla Rusiya arasında elm və təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təqaüd proqramlarının birgə təşkili müzakirə edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi













