BMT-nin xüsusi məruzəçisi Ermənistandan qovulan azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb
sizinxeber.az xəbər saytı

BMT-nin xüsusi məruzəçisi Ermənistandan qovulan azərbaycanlıların pozulmuş hüquqları barədə məlumatlandırılıb


Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri - mətbuat Katibi Ülviyyə Zülfiqar İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən İnsan Hüquqları Şurasının 57-ci sessiyasında iştirakı çərçivəsində BMT-nin İnkişaf hüququ üzrə xüsusi məruzəçisi Surya Deva ilə görüşüb.

Bu barədə Qərbi Azərbaycan İcmasından "Sizinxeber.az"a məlumat verilib.

Bildirilib ki, 1987-91-ci illərdə sonuncu deportasiya dalğasında Ermənistandan 300 min azərbaycanlının qovulması, onların hələ də öz evlərinə qayıda bilməməsi və bununla da inkişaf hüququnun pozulması haqqında məruzəçiyə məlumat verib və mandatı çərçivəsində bu məsələ ilə məşğul olmağı xahiş edib.

Xüsusi məruzəçi Surya Deva qaldırılan məsələ ilə yaxından tanış olacağını bildirib. İcma nümayəndəsi xüsusi məruzəçiyə Qərbi Azərbaycan İcmasının BMT-nin bütün rəsmi dillərində nəşr edilmiş Qayıdış Konsepsiyasını təqdim edib.

Oxşar xəbərlər

QAİ rəsmisi BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyasında iştirak edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma: Ermənistan azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi davam etdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
QAİ ABŞ-dən insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistandan sonuncu azərbaycanlıların qovulmasından 33 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər