Rusiya XİN: Moskva Zəngəzur dəhlizi ilə bağlı Tehrana bütün lazımi izahatları verib
Rusiya Zəngəzur dəhlizi ilə bağlı mövqeyini İran tərəfinə izah edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə “Sizinxeber.az”un müxbirinin sualını cavablandırarkən bildirib.
“Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib”, - Zaxarova deyib.
Onun sözlərinə görə, bu məsələ Moskva ilə Tehran arasında genişlənən strateji tərəfdaşlığa nifaq salmaq üçün istənilən, hətta ən gülünc fürsətdən istifadə edən müəyyən dairələri ilhamlandırıb. “Bu cür təxribatların arxasında duranlar bunu Qərbin maraqları naminə, işarə gələndən sonra edir”, - o bildirib.
Xatırladaq ki, ötən həftə KİV-də Rusiyanın Tehrandakı səfirinin Azərbaycanın əsas hissəsi ilə eksklavı – Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi layihəsini dəstəklədiyinə görə İran XİN-ə çağırılması ilə bağlı məlumatlar yayılmışdı.
İran mediasında qeyd olunur ki, İran bu nəqliyyat marşrutunun yaradılmasına qarşıdır, çünki Tehran Ermənistana birbaşa çıxışını itirə bilər.
Oxşar xəbərlər
Zaxarova İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına münasibət bildirib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya: Zəngəzur dəhlizi açılmalıdır! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova İran rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı Rusiyaya etirazlarına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Moskva: Ermənistan üçün Rusiyadan yaxşı sabitlik təminatçısı yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












