Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib


Ermənistan baş nazirinin Minsk qrupunun ləğvi məsələsi ilə bağlı şərhində yenə də yalana və təhriflərə yol verib.

“Report”un Azərtac-a istinadən verdiyi xəbərə əsasən, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib, belə bir təsisata heç bir lüzum yoxdur:

“Ermənistanın bu təsisatı gündəmdə saxlaması və bu istiqamətlə səylərini davam etdirməsi ona dəlalət edir ki, İrəvan münaqişənin bitməməsi təəssüratını yaradaraq Qərbdə onu dəstəkləyən tərəfdarları ilə müəyyən təsir vasitəsini əlində saxlamağa cəhd göstərir”.

Paşinyanın Ermənistan ilə Azərbaycan konstitusiyalarının müqayisəsi ilə bağlı fikirlərinə də toxunan Prezidentin köməkçisi deyib ki, Ermənistan konstitusiyasında müstəqillik haqqında akta uyğun olaraq Azərbaycana qarşı ərazi iddiaları, yəni, Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən məqam hələ də qalmaqdadır.

“O müddəanı dəyişdirilməyincə iki dövlət arasında sülh müqaviləsinin əldə olunmasında ciddi problemlər görürük. Ermənistan cəmiyyəti özü də konstitusiyanı dəyişdirərək məhz o müddəanı, o istinadı oradan götürərək sülh şəraitində yaşamaq istəyini bir daha təsbit etməlidir. Amma Azərbaycan Konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiaları olmayıb və bu, Azərbaycan xalqının haqlı iradəsini əks etdirən bir sənəddir. Bu müqayisəni də biz yalnız söz oyunu kimi dəyərləndiririk”, - H.Hacıyev deyib.

O, Ermənistanın baş nazirinə bu kimi söz oyunlarındansa, real sülh gündəliyinin irəli aparılması, məhz region dövlətlərinin iştirakı ilə sülh gündəliyinin dəstəklənməsi istiqamətində addımlar atılmasını tövsiyə edib.

Oxşar xəbərlər

Prezidentin köməkçisi: Ermənistan Minsk qrupunu gündəmə gətirməklə Qərbdəki tərəfdarları ilə müəyyən təsir vasitəsini əlində saxlamağa çalışır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezidentin köməkçisi: Bakı İrəvana sülh müqaviləsinədək münasibətlərin əsas prinsiplərini razılaşdırmağı təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: Aİ missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə ehtiyac yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hikmət Hacıyev: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər