Hikmət Hacıyev RUSI Britaniya İnstitutunda görüş keçirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
dek
2023
01:59

Hikmət Hacıyev RUSI Britaniya İnstitutunda görüş keçirib

20 dek, 2023
01:59
1 035

Hikmət Hacıyev RUSI Britaniya İnstitutunda görüş keçirib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə görüşüb.

“Report”un məlumatına görə, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “X” sosial şəbəkəsində məlumat verib.

“Hikmət Hacıyev Londonda Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun (RUSI) nümayəndələri ilə fikir mübadiləsi aparıb”, - səfirin paylaşımında yazılıb.

E.Süleymanov, həmçinin müzakirələrə moderatorluq etdiyinə görə RUSI-in Beynəlxalq Təhlükəsizlik Tədqiqatları üzrə direktoru Nil Melvinə təşəkkür edib.

Bizimlə əlaqə saxlayın