Ceyhun Bayramov İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb
21 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Suqiono ilə görüşüb.
XİN-dən Sizinxeber.az-ya verilən məlumata görə görüş zamanı Azərbaycan ilə İndoneziya arasında mövcud ikitərəfli münasibətlər və əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və turizm sahələrində tərəfdaşlığın inkişafı imkanları müzakirə olunub.
Tərəflər həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, D-8 və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi, eləcə də qlobal çağırışlarla mübarizədə birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov regional təhlükəsizlik vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini bölüşüb və Ermənistanla normallaşma prosesində mövcud çətinliklər barədə qarşı tərəfi məlumatlandırıb.
Görüşdə, həmçinin, Yaxın Şərqdə baş verən son gərginlik, xüsusilə İsrail-İran qarşıdurması fonunda regionda artan risklər və onların mümkün təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb. İndoneziya tərəfi vətəndaşlarının İrandan təxliyəsi istiqamətində Azərbaycan tərəfindən göstərilən dəstəyə görə dərin minnətdarlığını bildirib.
Oxşar xəbərlər
XİN başçısı İrəvanla normallaşma prosesində çətinliklər barədə indoneziyalı naziri məlumatlandırıb – YENİLƏNİB
Azərbaycan və İndoneziya diplomatlar üçün viza tələbini ləğv edib
Azərbaycan və Özbəkistan XİN rəhbərləri İsrail-İran qarşıdurmasını müzakirə edib
Ceyhun Bayramov İran İslam Respublikasına işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












