XİN: Azərbaycan yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin qayıtması niyyətinə hörmətlə yanaşır
sizinxeber.az xəbər saytı

XİN: Azərbaycan yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin qayıtması niyyətinə hörmətlə yanaşır


Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa İttifaqının Özbəkistandakı səfiri təyin edilmiş Toivo Klaarın Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana və əvvəllər yaşadıqları digər ölkələrə miqrasiya etmiş ermənilərin qayıtması məsələsini xüsusi hal kimi nəzərdən keçirməsi, indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnu şərtləndirməsi qəbuledilməzdir.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat katibinin müavini Vasif Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndəsi Toivo Klaarın ölkəmiz ilə bağlı verdiyi müsahibədə yer alan bəzi iddialara dair medianın sualına cavabında deyib.

O bildirib ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma torpaqlarına geri dönməsi üçün müvafiq şərait yaradılması Ermənistanın öhdəliyidir və beynəlxalq ictimaiyyət bu öhdəliyin yerinə yetirilməsini tələb etməlidir.

Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması və onların geri qayıtması üçün müraciətlər etməsinə baxmayaraq, ermənilərin suveren Azərbaycan ərazilərinə geri dönmək niyyətində olmadığı səfir təyin edilmiş Toivo Klaara yaxşı məlumdur. Bu xüsusda, Azərbaycan tərəfi yalnız ölkəmizin ərazi bütövlüyü və suverenliyinə hörmət edən erməni əsilli şəxslərin Azərbaycana qayıtması niyyətinə hörmətlə yanaşır.

Vəzifədən gedən ərəfədə səlahiyyətlərinə aid olmadan bu kimi qərəzli açıqlamalar verməsi ilk növbədə Aİ rəsmisinin təmsil etdiyi qurumun reputasiyasına vurduğu növbəti zərbədir.

Oxşar xəbərlər

Azərbaycan XİN-dən Aİ rəsmisinə: Qərəzli açıqlamalar təmsil etdiyi qurumun reputasiyasına növbəti zərbədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Toivo Klaar: Xüsusi nümayəndələrin görüşü Cənubi Qafqazın daha sabit olması üçün vacib elementdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xavyer Kolomina yeni vəzifəyə təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ayxan Hacızadə Klaara cavab verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Ermənistanın xüsusi nümayəndələri görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər