Valeri Çeçelaşvili: Vaşinqtonda görüş yalnız Azərbaycan və Ermənistan üçün deyil, Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır
sizinxeber.az xəbər saytı

Valeri Çeçelaşvili: Vaşinqtonda görüş yalnız Azərbaycan və Ermənistan üçün deyil, Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır


Vaşinqtonda Azərbaycan, Ermənistan, ABŞ liderləri arasında planlaşdırılan üçtərəfli görüş regionda ciddi rezonans doğurub.

Bunu “Sizinxeber.az”un yerli bürosuna Gürcüstan Strateji Təhlil Mərkəzinin rəhbəri, tanınmış politoloq Valeri Çeçelaşvili deyib.

O bəyan edib ki, region tarixi hadisənin astanasındadır və hazırda Cənubi Qafqaz regionu tarixində dönüş nöqtəsi yaşanır:

“Çox böyük gözləntilər var. Məncə, biz tarixi bir hadisənin astanasındayıq. Prezident İlham Əliyev, Baş nazir Nikol Paşinyan və Prezident Donald Tramp birlikdə Cənubi Qafqazı Rusiya təsirindən çıxarmağa çalışırlar. Artıq bu təsirin azaldığını və regionun sabitliyə doğru irəlilədiyini müşahidə edirik,” – deyə o bildirib.

Valeri Çeçelaşvili qeyd edib ki, bu görüş yalnız Azərbaycan və Ermənistan üçün deyil, Gürcüstan üçün də mühüm əhəmiyyət daşıyır:

“Düşünürəm ki, hazırda Cənubi Qafqazı münaqişələr və ziddiyyətlər məkanı olmaqdan çıxarıb sabitlik və inteqrasiya bölgəsinə çevirmək üçün real imkanlar var. Bu, hər üç ölkə üçün müsbət bir şansdır.”

Ekspert həmçinin ABŞ-nin regiona marağının artdığını vurğulayıb və bunu strateji fürsət kimi dəyərləndirib:

“Bir zamanlar tərəddüd edirdik: görəsən, Cənubi Qafqaz ABŞ-ın xarici siyasət maraqları palitrasında yer alırmı? İndi isə əminliklə deyə bilərik ki, bəli, alır. ABŞ bu istiqamətə ciddi resurs ayırır”.

Oxşar xəbərlər

Valeri Çeçalaşvili: Azərbaycan və Ermənistanın BƏƏ-də görüşü Cənubi Qafqazda sülhə aparan real yoldur
Gürcü ekspert: Azərbaycanın Vətən müharibəsində ərazi bütövlüyünü bərpası region üçün tarixi hadisə idi
Giorgi Xaindrava: İlham Əliyevin Paşinyana uzatdığı əl sülh əli kimi qəbul edilməlidir
Maka Boçorişvili: Azərbaycan Prezidenti ilə keçirilən görüş olduqca əhəmiyyətli idi
Gürcüstan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər