Hikmət Hacıyev: USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb
“Təəssüf ki, Almaniya mətbuatı da daxil olmaqla, Avropanın bəzi aparıcı kütləvi informasiya vasitələri Azərbaycan əleyhinə məqsədyönlü təbliğat aparırlar. Yeni reallıqlara baxsaq, Tramp Administrasiyası USAID-in əvvəlki Administrasiya ilə birlikdə çoxsaylı gizli əməliyyatlar həyata keçirdiyini aşkarlayıb”.
Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.
O söyləyib ki, USAID heç vaxt Cənubi Qafqazda humanitar fəaliyyətlə məşğul olmayıb:
“Onlar regiondakı bir sıra kütləvi informasiya vasitələrini maliyyələşdirərək, bu KİV-lərə Azərbaycandakı hadisələri neqativ yöndən işıqlandırmağı tapşırırdılar. İndi nisə əksinə, biz Azərbaycanla bağlı daha az neqativ məqalələrin dərc edildiyinin şahidi oluruq. Çünki artıq USAID-in keçmiş rəhbəri Samanta Pauer kimi insanlar yoxdur. O, Azərbaycana və onun xalqına genetik səviyyədə nifrət edirdi”.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda yeni reallıqların yaradılmasında öz mövqeyini ortaya qoyub
Hikmət Hacıyev: "Azərbaycanda USAID-in fəaliyyətinə artıq yer yoxdur!"
Prezidentin köməkçisi: Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur
Hikmət Hacıyev: Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
