Gürcüstan və Özbəkistan Orta Dəhliz üzrə qarşılıqlı fəaliyyəti müzakirə edib
sizinxeber.az xəbər saytı

Gürcüstan və Özbəkistan Orta Dəhliz üzrə qarşılıqlı fəaliyyəti müzakirə edib


Gürcüstan və Özbəkistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM və ya Orta Dəhliz) potensialının tam açılmasının vacibliyini qeyd edir.

"Sizinxeber.az" xəbər verir ki, bu məsələ Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov arasında keçirilən görüşdə müzakirə olunub.

"Özbəkistan xarici işlər naziri Baxtiyor Saidovu Gürcüstan parlamentində qəbul etməkdən məmnunam. İki ölkə arasında, xüsusilə parlament səviyyəsində artan əlaqələri müzakirə etdik. Orta Dəhlizin potensialının reallaşdırılması və Mərkəzi Asiya ilə əlaqələrin yaxşılaşdırılması üçün nəqliyyat sahəsində əməkdaşlığın vacibliyini vurğuladıq. Mədəni və təhsil mübadiləsi vasitəsilə insanlar arasında əlaqələri gücləndirməyə hazır olduğumuzu ifadə etdik", - Ş.Papuaşvili “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Oxşar xəbərlər

Gürcüstan Baş naziri və Türkmənistan Prezidenti Orta Dəhlizin inkişafını müzakirə ediblər
Baxtiyor Saidov: Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var
Baxtiyor Saidov: Trans-Əfqanıstan dəmir yolu qlobal tədarük zəncirinin bir parçası olacaq
Azərbaycan və UNECE Orta Dəhlizin potensialının artırılması üzrə görüləcək işləri müzakirə edib
Gürcüstanın Baş naziri: "Orta Dəhlizin inkişafına xüsusi əhəmiyyət veririk"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər