İlham Əliyev Donald Trampa təşəkkür edib
sizinxeber.az xəbər saytı

İlham Əliyev Donald Trampa təşəkkür edib


Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərini sosial media platformasında paylaşdığına görə minnətdarlığını bildirib.

"Sizinxeber.az"un məlumatına görə, "X" sosial şəbəkəsində İlham Əliyevin bununla bağlı paylaşımında deyilir:

"Prezident Donald Trampa Şuşa Qlobal Media Forumunda çatdırdığım ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərimi sosial media platformasında paylaşdığına görə minnətdarlığımı bildirmək istəyirəm.

Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən bizim regionda sülh və sabitliyin təşviq edilməsi üzrə baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ümumi dəyərləri bölüşürük və onun Prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə çatacağına ümidvarıq.

Ona bu məqsədə doğru bütün səylərində uğurlar arzulayırıq".

Oxşar xəbərlər

Tramp Azərbaycan Prezidenti İlham Əliyevin “lll Şuşa Qlobal Media Forumu”ndakı çıxışından paylaşıb edib
Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb
Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib
İlham Əliyev Donald Trampa: Prezidentliyiniz dövründə Azərbaycan-ABŞ münasibətləri yeni məzmun kəsb edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər