Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
sizinxeber.az xəbər saytı

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb


Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 12-də Ukraynanın energetika naziri German Qaluşenko ilə görüşüb.

Bu barədə Sizinxeber.az-ya Nazirlər Kabinetindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə Ukraynanın tarixən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərdiyi ardıcıl dəstəyin vacibliyi vurğulanıb.

İki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçirilmiş iclasının müxtəlif istiqamətlərdə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Azərbaycanın Ukrayna xalqına göndərdiyi humanitar yardımlara görə minnətdarlıq ifadə olunub.

Görüş zamanı Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin gündəliyinin aktual məsələləri, o cümlədən iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər

Əli Əsədov Moldova Baş nazirinin müavini ilə görüşüb
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bakıda Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası keçirilib
Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb
Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle