Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - YENİLƏNİB
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Azərbaycana səfərə gəlib.
APA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.
***
13:16
Pakistanın Baş naziri Şahbaz Şərif Azərbaycana səfərə yola düşüb.
APA xəbər verir ki, bu barədə Pakistan hökuməti məlumat yayıb.
Qeyd edilib ki, Şahbaz Şərif iki günlük rəsmi səfəri üçün İslamabaddan Azərbaycana yola düşüb.
O, Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XVII Zirvə görüşündə iştirak edəcək.
Oxşar xəbərlər
Şahbaz Şərif Azərbaycana səfərə yola düşüb - VİDEO
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfərinə gəlib
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana dövlət səfərinə gəlib - FOTOLENT
Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub
Şahbaz Şərifin təyyarəsi Laçın Beynəlxalq Hava Limanına enib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













