Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub
sizinxeber.az xəbər saytı

Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub


Ötən ay qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 7 milyon 596 min 391 manat оlan qaçaqmal aşkarlanaraq götürülüb.

Bu barədə "Sizinxeber.az"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, о cümlədən istifadəyə yararsız avtomat silahı, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 391 kiloqram 268 qram narkоtik vasitə, 2018 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb qanunsuz dövriyyədən çıxarılmış ayrı-ayrı istiqamətlər üzrə dövlət sərhədinə yaxın ərazilərdən 20 ton 331 kiloqram yabanı çətənə kolu aşkar olunaraq yandırılıb.

Oxşar xəbərlər

Bir ay ərzində sərhəddə 3,7 milyon qaçaqmal tutulub
Ötən ay dövlət sərhədində ümumi dəyəri 16 milyon manatdan çox dəyəri olan qaçaqmal tutulub
Ötən ilin dekabrında 246 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb
Mart ayında 11 əcnəbi dövlət sərhədini pоzub
Ötən ay sərhəddə 4 milyon manatlıq qaçaqmal tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər