Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının fövqəladə iclasında çıxış edib
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının fövqəladə iclasında çıxış edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində təşkil olunan fövqəladə iclasda iştirak və çıxış edib.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən bildirilib.

Çıxışda İsrail-İran qarşıdurması nəticəsində Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskin şəkildə dəyişməsinin narahatlıq doğurduğu, mülki insanların həyatını, habelə regional və beynəlxalq sabitliyi təhdid edən vəziyyətin qəbuledilməz olduğu diqqətə çatdırılıb.

Sıx etnik və mədəni bağlarımızın, beynəlxalq hüququn normalarına, xüsusilə suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanan qonşuluq əlaqələrimizin mövcud olduğu İran ərazisində mülki və nüvə infrastrukturuna dəyən ziyanın regional miqyasda mülki əhaliyə və ətraf mühitə ciddi təhlükə yaratması baxımından xüsusi narahatlıq mənbəyi olduğu bildirilib.

Mövcud vəziyyətin daha da gərginləşməsinə səbəb ola biləcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb.

Çıxışda, münaqişə və böhranlarla əhatə olunmuş bölgədə uzun sürən növbəti silahlı qarşıdurmanın qarşısının alınmasına, bütün hərbi əməliyyatların dərhal dayandırılması və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan diplomatik prosesin bərpasına çağırış edilib.

Oxşar xəbərlər

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov İran İslam Respublikasına işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov İƏT XİN Şurasının iclasında iştirak etmək üçün Türkiyəyə yola düşüb
Rəsmi Bakının Suriya və Fələstinlə bağlı mövqeyi açıqlanıb
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfərə yola düşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle