Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir
sizinxeber.az xəbər saytı

Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir


Azərbaycan və Şimali Makedoniya diplomatik və xidməti/rəsmi pasport sahiblərini qarşılıqlı olaraq viza tələbindən azad edir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çxıarılan “Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" 2025-ci il 12 mart tarixində Bakı şəhərində imzalanıb.

Sazişə əsasən, razılığa gələn bir tərəfin dövlətinin etibarlı diplomatik və xidməti rəsmi pasporta malik vətəndaşları viza əldə etmədən razılığa gələn digər tərəfin dövlətinin ərazisində hər giriş tarixindən etibarən 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə daxil ola, tranzit keçə, oradan çıxa və orada qala bilərlər.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycan və Maldiv diplomatik, xidməti və rəsmi pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edib
Azərbaycan İndoneziyanın diplomatik və xidməti pasport sahiblərini vizadan azad edir
MM Azərbaycan və Şimali Makedoniya arasındakı viza rejiminin qismən ləğvi ilə bağlı sazişi ratifikasiya edib
Azərbaycanla İndoneziya arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad edilib
Azərbaycan Səudiyyə Ərəbistanının diplomatik və xidməti pasport sahiblərini qısamüddətli vizadan azad edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər